Əsli E. Perkerin “Sufle” romanı təhkiyə tərzinə görə novator bir əsərdir. Romanda hadisələr üç ayrı-ayrı ölkədə — Fransada, Amerikada, Türkiyədə cərəyan edir. Əsərin qəhrəmanlarını ümumi bir cəhət birləşdirir — onların hamısı depressiya girdabına yuvarlanıb. Hərəsinin öz həyat hekayəti var. Oxucuya elə gəlir ki, qəhrəmanlar əvvəl-axır rastlaşacaq, görüşəcəklər və final onların hamısını əhatə edən ümumi sonluqdan ibarət olacaq. Ancaq belə olmur, qəhrəmanlar görüşmür və onların hamısı düşdükləri durumdan bacardıqları kimi çıxmağa çalışırlar.
Müəllif obrazını yaratdığı insanların simasında insanların bütün çətinliklərə sinə gərməsini, ən ağır depressiv durumdan çıxmaq üçün həyatda çox sadə tutarqaları olmasından bəhs edir.