Tanrının sözünü anlamaq üçün hər yeri gəzib, vətəndaş və ya əcnəbi ayrı-seçkiliyi etmədən hər kəslə danışır, müdrik olmadıqlarını onlara isbat etməyə çalışıram. Bu işlə o qədər məşğulam ki, nə dövlət işlərinə, nə də özümə ayıracaq vaxtım qalır. Özümü bu yolda Tanrının xidmətinə verdiyim üçün çox kasıb yaşayıram.