Həqiqət
budur ki, bu həyatda hər birimiz gözləmə vəziyyətindəyik, bütün qəribəliklərə, heç vaxt dəyişməyəcək həqiqətlərə rəğmən hamımız həyatımızda qeyri-adi bir şeyin baş verəcəyini gözləməkdəyik.
- Xalid Hüseyni " Və dağlardan səda gəldi "
Və nəhayət bu gün bu kitabı bitirdim. Abdulla və bacısı Pəri Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər.Çarəsizlik və kasıbçılıq üzündən bacı – qardaşı həyat bir-birindən ayırır. Bütün bu hadisənin arxasında baş verən müxtəlif insanların maraqlı həyatları sizi kitabdan ayırmayacaq. Romanda bir-birinə uzaqdan bağlı olan bir çox hekayələr var. Kitabda həm bir-birlərindən qoparılan ailə üzvlərinin bir ömür boyu yaşadıqları əksiklik, həm də bir ömür boyu yan-yana olsalar da bir-birlərinə aid ola bilməmə duyğusu var. Əminəm ki sizin üçün unutmaq istəmədiyiniz və oxuyarkən hiss etdiklərinizi təkrar-təkrar xatırlamaq istədiyiniz bir kitab olacaq.
Vaxtınızı boşa xərclərsiniz! Hüseyin Xalidinin şah əsəri "Min möhtəşəm günəşdi". Bu əsərin heç bəyənmədim.