– “Əvəzində o qadın sizdən çox az şey istəyir: o istəyir ki, nəzərlərinizdə sədaqət əks olunsun, ona müraciət edərkən səsinizdə mehribanlıq duyulsun, o, sizin fikirlərinizi və şöhrətpərəst arzularınızı o qədər sürətlə mənimsəmirsə də ürəyinizə nifrət və etimadsızlıq soxulmasına yol verməyəsiniz. Çünki əgər tale, niyyətlərinizi alt-üst edib bəxt sizdən üz çevirərsə, sizə təsəlli üçün məhəbbət qalacaqdır. Siz ağaclara baxıb onların əzəmət və qüvvəsinə heyran olursunuz. Lakin zərif ətirdən başqa bir şey verə bilməyən çiçəklərə xor baxmayın...”