– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.
– Alaq da, – oğlan razılıq verdi, – bəlkə, səksən yeddi nömrəli bileti götürək. Ötən dəfə axı səksən yeddi gün getmişdin, rekord yadındadır?
– Dünyada heç nə təkrar olunmur. Elə bilirsən, səksən beş nömrəli bileti taparsan?