İnsan olduğum zaman yaşaya bilməyimə səbəb öz cəhdim deyildi, yoldan keçən bir adamın və arvadının sevgisi, halıma yanmaları və yardımı idi.
O kimsəsiz qızlar onları düşünən insanlar vardı deyə yox, yad bir qadının qəlbindəki sevgi, mərhəmət və şəfqət səbəbindən həyatda qaldılar. İnsan özünü qoruduğu üçün deyil, içində sevgi olduğuna görə yaşaya bilir.
Əvvəllər sırf yaşasınlar deyə Allahın insanlara bir can verdiyini zənn edirdim. İndi isə başqa səbəbləri də öyrəndim.
Anladım ki, insanlara həyat sadəcə yaşamaq üçün bəxş edilmir. Onlar bir-birinin nəyə ehtiyacı olduğu bilgisindən uzaq yaşayırlar. Bir yerdə yaşaya bilsinlər deyə özləri və digərləri üçün lazım olanları onlara Yaradan göstərir.