Nəyi çox düşünsək, beynimizdə o çoxalar. Beynimizdə çoxalan daşıb həyatımıza da yayılar. Qorxu da, cəsarət də, tənbəllik də, qeyrət də həyatımızda belə böyüyür. Bədənimizin balanslı şəkildə qidalanmasına diqqət yetiririk, bəs beynimizi nə dərəcədə doğru qidalandırırıq? Beynimizə kifayət qədər uğur vitaminləri» və «xoşbəxtlik mineralları» veririkmi?