Riçard Karlson

  • Əzizəhas quoted2 years ago
    Tanıdığım ən xoşbəxt insanlardan biri müəyyən vaxtlarda ciddi problemlər yaşamış şəxsdir.
  • Əzizəhas quoted2 years ago
    “Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır”.
  • Filizhas quoted2 years ago
    Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
  • Aysel Musazadehas quoted2 years ago
    Fərqli Həqiqətləri Anlayın
  • osipovamvhas quoted2 years ago
    Başqalarını Günahlandırmaqdan Əl Çəkin
    İşimiz istədiyimiz kimi alınmayanda çoxumuz belə fikirləşirik: “Şübhəyə düşmüsənsə, mütləq başqasının günahıdır”. Hara baxsaq, bu fərziyyə qarşımıza çıxır. Nəsə itsə, mütləq kimsə onun yerini dəyişdirib; avtomobiliniz işləmirsə, yəqin, mexanik yaxşı təmir etməyib; xərcləriniz gəlirinizi vurub keçibsə, yüz faiz, həyat yoldaşınız çox pul xərcləyir; eviniz çox tör-töküntülüdürsə, sizdən başqa heç kim öhdəsinə düşəni etmir; layihəniz vaxtında çatdırılmayıbsa, mütləq iş yoldaşlarınız işə səhlənkar yanaşıblar. Bu növ misalları sadalamaqla qurtarmaz.

    Bu cür günahlandırıcı düşüncə tərzi son dövrlər mədəniyyətimizdə çox yayılmışdır. Fərdi planda biz hərəkətlərimizə, problemlərimizə və ya xoşbəxtlik dərəcəmizə görə qətiyyən özümüzün məsuliyyət daşımadığını təlqin edirik. Sosial planda isə həmin fikirlər bizi axmaq səbəblərə görə məhkəmələrə salır, gülünc bəhanələr irəli sürməyimizə səbəb olur.

    Başqalarını günahlandırmaq xüsusiyyətimiz varsa, hər cür qəzəb, kədər, depressiya, stress və talesizliyimizi həmişə başqalarının boynuna yıxırıq.

    Şəxsi xoşbəxtliyimiz nöqteyi-nəzərindən insanın başqalarını günahlandırdığı vaxt xoşbəxt olması qeyri-mümkündür. Şübhəsiz ki, bəzən başqa insanların və ya şərtlərin problemlərimizə təsir etdiyi hallar olur. Lakin söhbət xoşbəxtliyimizdən gedəndə ayağa qalxıb bütün məsuliyyəti öz üstümüzə götürməliyik. Mövcud şərtlər insanı formalaşdırmır, sadəcə, istiqamət göstərir.

    Bunu görmək üçün həyatınızdakı hansısa hadisəyə görə başqalarını günahlandırmaqdan əl çəkin və nələr olacağını gözləyin. Bu, ətrafınızdakı insanları öz hərəkətlərinə görə məsuliyyətdən azad etmək mənasına gəlmir. Sadəcə, siz öz xoşbəxtliyiniz, başqalarına verdiyiniz reaksiyalar və mövcud şərtlərə görə özünüzü məsul hiss edin.

    Eviniz tör-töküntülüdürsə, öhdənizdəki işi yalnız özünüzün görəcəyinizə dair fərziyyənizi bir qırağa qoyun, evi yığışdırın. Büdcəni keçmisinizsə, harada daha az pul xərcləyə biləcəyinizi araşdırın. Ən əsası, qəmgin olanda sizi xoşbəxt edə bilən yeganə şəxsin özünüz olduğunu xatırlayın.

    Başqalarını günahlandırmaq sizdən çox böyük enerji aparır. Bu, sizi stressə salan xəstəlik kimidir. Ətrafınızdakıların boynuna günah qoymaq özünüzü aciz hiss etməyinizə səbəb olur. Çünki bununla həyatınıza nəzarət edə bilmədiyinizi, xoşbəxtliyinizin başqalarının hərəkət və davranışlarına bağlı olduğunu qəbul edirsiniz. Günahlandırmaqdan əl çəkən kimi şəxsi gücünüzü yenidən qazandığınızı hiss edəcəksiniz. Seçimləri birbaşa özünüzün etdiyini görəcəksiniz. Onda biləcəksiniz ki, qanınız qara olan vaxtlarda həmin əhval-ruhiyyənin yaranmasında baş rolu özünüz oynamısınız. Bu, daha çox təzə müsbət fikirlərin yaranması üçün baş rolun sizdə olduğu deməkdir.

    Başqalarını günahlandırmaqdan əl çəkəndə həyat daha asan və əyləncəli olacaq. Sınaqdan keçirin və görün.
  • osipovamvhas quoted2 years ago
    Unutmayın: Yüz İldən Sonra Dünyada Tamamilə Başqa İnsanlar Yaşayacaq
    Dostum Patti keçən gün çox sevdiyi yazıçıdan öyrəndiyi fəlsəfəni mənimlə bölüşdü. Bu fəlsəfə mənim həyata baxdığım prizmanı daha çox genişləndirmişdir.

    Dünyanın nizamından söz düşəndə, yüz il gözə heç də elə uzun müddət kimi görünmür. Ancaq bu dəqiqdir: yüz ildən sonra heç birimiz bu planetdə olmayacağıq. Bax, bunu yadımızda saxlasaq, sıxıntılı və stressli anlarımızda düzgün fikirləşə biləcəyik.

    Maşınınızın təkəri partladı, ya da evin açarını yaddan çıxardığınız üçün qapıda qalmısınız. Yüz ildən sonra bunların nə mənası olacaq? Kimsə sizinlə pis davranıb, yaxud işinizi çatdırmaq üçün səhərə kimi işləmisiniz. Hə, nə olsun? Eviniz yaxşı yığışdırılmayıb, kompüteriniz xarab olub, çox ehtiyac duyduğunuz tətil üçün pul düzəldə, ya da təzə maşın ala bilməmisiniz... Ürəyinizi sıxan başqa məsələlərə yüz ildən sonra baxsanız, hadisələrə daha doğru yanaşacaqsınız.

    Elə bu səhər işdə meydana çıxan kiçik böhran zamanı bir ara çox gərgin olduğumu hiss etdim. Eyni saatda iki nəfərə görüş təyin edilmişdi. Məni dərin stresdən xilas edən amil, yüz ildən sonra heç kimin bu anı xatırlamayacağı və əhəmiyyət verməyəcəyini ağlıma gətirmək oldu. Sakit-sakit səhvi öz boynuma götürdüm və müştərilərimdən biri nəzakətlə yeni görüş vaxtını qəbul etdi. Həmişəki kimi, bu məsələ də asanlıqla şişirdilməsi mümkün “xırda iş” idi. Yaxşı ki, elə bu cür də qaldı.
  • osipovamvhas quoted2 years ago
    Bir Bitki Yetişdirin
  • osipovamvhas quoted2 years ago
    Problemlərinizə Olan Münasibətinizi Dəyişdirin
  • osipovamvhas quoted2 years ago
    “Mənalı Müvəffəqiyyət” Bu Məfhumun Tərifini Yenidən Verin
  • Zaur MMhas quoted2 years ago
    Ağlınızdakı kiçik qartopunu uçquna çevirməmişdən əvvəl nəzarət altına alsanız, problemin qabağını daha asan ala bilərsiniz.
fb2epub
Drag & drop your files (not more than 5 at once)