bookmate game

Riçard Karlson

  • Əzizəhas quoted2 years ago
    Tanıdığım ən xoşbəxt insanlardan biri müəyyən vaxtlarda ciddi problemlər yaşamış şəxsdir.
  • Əzizəhas quoted2 years ago
    “Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır”.
  • Filizhas quoted2 years ago
    Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
  • Aysel Musazadehas quoted2 years ago
    Fərqli Həqiqətləri Anlayın
  • osipovamvhas quoted2 years ago
    Bədbin Fikirləri Yaxına Buraxmayın
    Hesablamalara əsasən, normal bir insan gün ərzində beynindən təxminən 50 min fikir keçirir. Bu göstərici çox yüksəkdir. Bu fikirlərdən bəzisi müsbət və məhsuldardır. Amma çox təəssüf ki, onların bir çoxu mənfi xarakterli olaraq, qəzəb, qorxu, pessimizm və təşviş ehtiva edir. Daha sakit bir insan olmaq pessimist düşüncələrə malik olmamaq demək deyil, çünki bədbin fikirləriniz mütləq olacaqdır. Əsas bunlar arasında edəcəyimiz seçimdir.

    Bədbin fikirlərə qarşı insan iki cür hərəkət edə bilər: bunları təhlil edə, üstündə xeyli müddət dayana, min ölçüb bir biçə, əvvələ qayıdıb bir daha düşünə bilərsiniz. Ya da onları “yox hesab etməyi” öyrənərsiniz: yaxına buraxmaz, üstündə dayanmaz və ciddi qəbul etməzsiniz. Rahat insan olmaq kimi bir məqsədiniz varsa, ikinci yol, yəni bədbin düşüncələrə fikir verməmək sizə daha çox qazandırar.

    Başınızda bir fikir olanda yaddan çıxarmayın ki, nə olursa olsun, nəticədə bu, sadəcə, bir düşüncədir. Sizi incidə bilməz! Yəni siz icazə verməsəniz, incitməz. Məsələn, keçmişinizə aid nə isə fikirləşirsiniz: “Valideynlərim uğur qazana bilmədiyi üçün çox qəm çəkirəm”. Bunun üstündə dayandıqca lazım olduğundan çox əhəmiyyət verməyə başlayarsınız və həqiqətən də, bədbin olmağa qərar verərsiniz. Ya da ağlınızın qartopundan uçquna çevrildiyini görüb, bu fikri başınızdan qovarsınız. Bu, uşaqlığınızın heç də çətin keçmədiyi demək deyildir. Bəlkə də, çox sıxıntı çəkmisiniz, amma hal-hazırkı anda hansı düşüncələrinizə daha çox diqqətinizi cəmləyəcəyiniz öz öhdənizə qalmışdır.

    Həmin zehni fəaliyyət bu səhərə və ya beş dəqiqə əvvələ aid fikirlərə də şamil olunur. İşə gəlmək üçün evdən çıxanda baş vermiş mübahisə artıq real deyil, ağlınızdakı düşüncədir.

    Həmin fəaliyyət bu gecəyə, gələn həftəyə və ya on il sonraya- gələcəklə bağlı fikirlərə də aiddir. Hansı vəziyyətin hökm sürməyinə baxmayaraq görəcəksiniz ki, beyninizdə fırlanan bədbin fikirləri qova bilsəniz, onun yerini dərhal rahatlıq hissi alacaqdır. Daha sakit və rahat olduqda ağlınız və intuisiyanız sizə nə edəcəyinizi deyəcək. Bu strategiyaya alışmaq bir az vaxt apara bilər, amma inanın ki, cidd-cəhdinizə dəyəcəkdir.
  • osipovamvhas quoted2 years ago
    Dostlarınızdan Və Ailənizdən Nələrsə Öyrənməyə Açıq Olun
    Ən məyusedici müşahidələrimdən biri də çoxumuzun bizə ən yaxın olan insanlardan, yəni ailəmizdən, həyat yoldaşımızdan, uşaqlarımızdan və dostlarımızdan nə isə öyrənməyə çox həvəssiz olmağımızdır. Öyrənməyə açıq olmaq əvəzinə, gah xəcalətdən, gah qorxudan və inadkarlıqdan, ya da qürurumuzdan bərkbərk öz qınımıza çəkilirik. Elə bil özümüzə belə deyirik: “Artıq bu insandan öyrənə biləcəyim (ya da öyrənmək istədiyim) hər şeyi öyrənmişəm, bundan artığı lazım deyil”.

    Bu, kədərləndirici haldır; çünki bizə ən yaxın insanlar çox vaxt ən doğrusunu bilirlər. bizim nə vaxt bezgin və özümüzə zərər verəcək hərəkətlər etdiyimizi onlar daha yaxşı görür və əksər hallarda asan çıxış yolları məsləhət göstərirlər. Əgər bunu öyrənməyəcək qədər qürurlu və inadkarıqsa, həyatımızı yaxşılaşdıracaq bir çox gözəl və asan yoldan məhrum olarıq.

    Mən dostlarımın və ailəmin təkliflərinə qarşı həmişə açıq olmağa çalışmışam. Hətta onlara bu sualı da v ermişəm: “Mənim gözümdən qaçan detallar nələrdir?” Bunu soruşmaqla təkcə o şəxsə əhəmiyyətli və xüsusi olduğunu hiss etdirməzsiniz, həmçinin faydalı məsləhətlər də eşidərsiniz. Bu üsul insanın özünü təkmilləşdirməsi üçün bu qədər asan və kəsə yol olduğu halda heç kim tətbiq etmək istəmir. Bunun üçün lazım olanlar: bir az cəsarət, təvazökarlıq və eqoistliyinizdən əl çəkməkdir. Xüsusilə də məsləhətləri eşitməməzliyə vurub bunu tənqid kimi qəbul etmək vərdişiniz varsa, yaxud ailənizin bəzi üzvlərinə heç vaxt qulaq asmırsınızsa... Onlara səmimiyyətlə bu sualı verəndə necə şok olacaqlarını təsəvvür edə bilirsiniz?

    Məsləhətləşəcəyiniz insanın xüsusiyyətlərinə əsasən sual seçməyi yaddan çıxarmayın. Məsələn, mən işlə bağlı məsələlərdə atamdan öyüd istəyirəm. Çox vaxt mənə uzun monoloqlar oxumasına baxmayaraq, bunu qiymətləndirirəm. Mənə verdiyi nəsihət çox vaxt nəyisə çətin yolla öyrənməyimə mane olmuşdur.
  • osipovamvhas quoted2 years ago
    Bir Bitki Yetişdirin
  • osipovamvhas quoted2 years ago
    Problemlərinizə Olan Münasibətinizi Dəyişdirin
  • osipovamvhas quoted2 years ago
    “Mənalı Müvəffəqiyyət” Bu Məfhumun Tərifini Yenidən Verin
  • Zaur MMhas quoted2 years ago
    Ağlınızdakı kiçik qartopunu uçquna çevirməmişdən əvvəl nəzarət altına alsanız, problemin qabağını daha asan ala bilərsiniz.
fb2epub
Drag & drop your files (not more than 5 at once)