bookmate game

Riçard Karlson

  • Qorxmaz əliyevhas quoted2 years ago
    Dostum Patti keçən gün çox sevdiyi yazıçıdan öyrəndiyi fəlsəfəni mənimlə bölüşdü. Bu fəlsəfə mənim həyata baxdığım prizmanı daha çox genişləndirmişdir.

    Dünyanın nizamından söz düşəndə, yüz il gözə heç də elə uzun müddət kimi görünmür. Ancaq bu dəqiqdir: yüz ildən sonra heç birimiz bu planetdə olmayacağıq. Bax, bunu yadımızda saxlasaq, sıxıntılı və stressli anlarımızda düzgün fikirləşə biləcəyik.

    Maşınınızın təkəri partladı, ya da evin açarını yaddan çıxardığınız üçün qapıda qalmısınız. Yüz ildən sonra bunların nə mənası olacaq? Kimsə sizinlə pis davranıb, yaxud işinizi çatdırmaq üçün səhərə kimi işləmisiniz. Hə, nə olsun? Eviniz yaxşı yığışdırılmayıb, kompüteriniz xarab olub, çox ehtiyac duyduğunuz tətil üçün pul düzəldə, ya da təzə maşın ala bilməmisiniz... Ürəyinizi sıxan başqa məsələlərə yüz ildən sonra baxsanız, hadisələrə daha doğru yanaşacaqsınız.

    Elə bu səhər işdə meydana çıxan kiçik böhran zamanı bir ara çox gərgin olduğumu hiss etdim. Eyni saatda iki nəfərə görüş təyin edilmişdi. Məni dərin stresdən xilas edən amil, yüz ildən sonra heç kimin bu anı xatırlamayacağı və əhəmiyyət verməyəcəyini ağlıma gətirmək oldu. Sakit-sakit səhvi öz boynuma götürdüm və müştərilərimdən biri nəzakətlə yeni görüş vaxtını qəbul etdi. Həmişəki kimi, bu məsələ də asanlıqla şişirdilməsi mümkün “xırda iş” idi. Yaxşı ki, elə bu cür də qaldı.
  • Əzizəhas quoted2 years ago
    Tanıdığım ən xoşbəxt insanlardan biri müəyyən vaxtlarda ciddi problemlər yaşamış şəxsdir.
  • Əzizəhas quoted2 years ago
    “Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır”.
  • Filizhas quoted2 years ago
    Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
  • Aysel Musazadehas quoted2 years ago
    Fərqli Həqiqətləri Anlayın
  • osipovamvhas quoted2 years ago
    Tərif Və Kinayə Eyni Məfhumdur
    Ən labüd həyat dərslərindən biri başqaları tərəfindən təsdiqlənməməkdir. Tərif ilə kinayənin eyni məfhum olduğunu düşünsəniz, həmişə hamını razı sala bilməyəcəyimiz həqiqətini özünüzə xatırlatmış olarsınız. Əlli beş faiz səs yığaraq seçkiləri böyük fərqlə udmuş bir namizəd belə, əhalinin qırx beş faizi tərəfindən istənilməmişdir. Bunu bilmək də insana bir qədər öz həddini göstərir, elə deyilmi?

    Ailəmizdən, dostlarımızdan və iş yoldaşlarımızdan alacağımız yüksək qiymətlər də bundan artıq olmayacaq. Əslində, həyatı səciyyələndirmək üçün hər bir kəsin özünəməxsus fikirləri vardır və bizim düşüncələrimiz həmişə onlarınkı ilə üst-üstə düşməyə bilər. Nəyə görəsə əksəriyyətimiz bu qaçılmaz fakta qarşı müqavimət göstəririk. Başqaları bizim fikirlərimizə etirazını bildirəndə, təkliflərimizdən üz çevirəndə, ya da bizi qəbul etmədiklərini hansısa yolla göstərəndə hirslənir, inciyir və məyus oluruq.

    Qarşılaşdığımız hər bir kəs tərəfindən təsdiqlənməyəcəyimiz həqiqətini nə qədər tez qəbul etsək, həy atımız bir o qədər asanlaşacaqdır. Təsdiqlənməməyi qabaqcadan nəzərə alıb, buna qarşı çıxmamaqla həyata dair çox sağlam nöqteyi-nəzər formalaşdıracaqsınız. Təklifiniz bəyənilmədiyi vaxt inciməkdənsə, özünüzün yadına bunları salın: “Bax, yenə oldu. Amma problem deyil.” Umduğunuz təsdiqi aldığınız vaxtlarda da bu, sizin üçün xoş sürpriz olacaq, sizə minnətdarlıq hissini yaşadacaq.

    Hə tərif, həm də kinayə ilə qarşılaşdığım çox gün vardır. Bəzi insanlar məndən konfrans keçirməyi istədikləri halda, bəziləri bunu münasib bilməzlər; gələn zənglərdən biri yaxşı xəbərdir, ancaq digəri isə məni yoran problem olur. Uşaqlarımdan biri mənim davranışımı bəyəndiyi halda, o birisi qarşı çıxır. Bəzi tanışlarım mənim çox yaxşı olduğumu desə də, bəziləri zənglərinə cavab vermədiyim üçün məni eqoist hesab edir. Bu cür dala-qabağa, pis və yaxşı, təsdiqlənmə və təsdiqlənməmə hamının həyatının bir hissəsidir. Etiraf edim ki, təsdiqlənmək həmişə o biri variantdan daha xoş gəlir. İnsan özünü yaxşı hiss edir və bunu həzm etmək asandır. Lakin həyat məni kamilləşdirdikcə, uğurlara daha az ehtiyacım olduğunu başa düşürəm.
  • osipovamvhas quoted2 years ago
    Təsadüfi Yaxşılıqlar Edin
    Son günlərdə çox yerdə qarşılaşa biləcəyiniz yapışqanlı avtomobil elanı var. Ölkənin hər yerində, demək olar ki, bütün nəqliyyat vasitələrinin buferində görmək mümkündür (mənim öz maşınımda da var). Yapışqanın üstündə “Təsadüfi yaxşılıqlar edin” yazılıb. Bunu kimin fikirləşdiyini bilmirəm, amma mən nəqliyyat vasitələrinin arxasına yapışdırılmış yazılar içində heç bu cür əhəmiyyətli mesaj görməmişəm. Təsadüfi yaxşılıqlar etmək, əvəz gözləmədən nəsə verməyin sevincini dadmaq üçün çox effektiv yoldur. Ən gözəl tətbiq üsulu isə etdiyinizi heç kim bilmədiyi vaxt olur.

    San-Fransisko körfəzinin üstündə beş pullu körpü vardır. Bir müddət əvvəl bəzi insanlar öz arxalarından gələn maşınların da keçid haqqını ödəməyə başladılar. Arxadakı sürücü kassaya yaxınlaşaraq pulu uzadır, amma xəzinədar ona pulun qabaqca keçən avtomobil tərəfindən ödənildiyini deyir. Budur, sizə qəfildən və təsadüfən verilmiş bir hədiyyəyə nümunə: heç bir qarşılığın, bir təşəkkürün belə gözlənilmədiyi bir yaxşılıq. Bu kiçik hədiyyənin arxadakı sürücüyə nə cür təsir bağışlay acağını təsəvvür edə bilirsiniz? Bəlkə, bu hadisə onun həmin gün daha yaxşı bir insan olmasına kömək etmişdir. Çox vaxt edilən bircə gözəl hərəkət yaxşılıqlar silsiləsinin başlanmasına səbəb ola bilər.

    Təsadüfi yaxşılıqlar etməyin müəyyən bir resepti yoxdur. Bu davranışlar ürəkdən gəlir. Sizin yaxşılığınız qonşunuzun zibilini qaldırmaqdan ibarət ola bilər, xeyriyyə kampaniyasına anonim şəkildə ianə verə bilərsiniz, ad yazılmamış bir zərfin içində maddi cəhətdən korluq çəkən birinin dərdinə bir az məlhəm olacaq məbləğ göndərə bilərsiniz. Pis vəziyyətdə olan bir heyvanı, heyvanları qoruyan dərnəyə apara bilərsiniz. Pulsuz yeməkxanalarda könüllü surətdə işləyə də bilərsiniz. Bu cür daha çox şey edə bilərsiniz. İşin məğzi təmənnasız yaxşılığın yaratdığı zövq hissidir; verdiyinizin mütləq bahalı olması məcburi deyildir.

    Məncə, təsadüfi yaxşılıqların ən əsas qazancı həyatımıza gətirdiyi məmnunluq hissidir. Etdiyimiz hər bir yaxşılıq bizi müsbət hisslərlə mükafatlandırır və həyatın sevgi, fəzilət kimi vacib keyfiyyətlərini xatırladır. Hamımız öz öhdəmizə düşəni etsək, çox keçmədən daha da gözəl bir dünyada yaşamağa başlayarıq.
  • osipovamvhas quoted2 years ago
    Zibili Atmaq Növbəsinin Kimdə Olduğu Yadınızdan Çıxıbsa, Gedib Siz Atın
  • osipovamvhas quoted2 years ago
    Bir Bitki Yetişdirin
  • osipovamvhas quoted2 years ago
    Problemlərinizə Olan Münasibətinizi Dəyişdirin
fb2epub
Drag & drop your files (not more than 5 at once)