Riçard Karlson

  • Qorxmaz əliyevhas quoted2 years ago
    Dostum Patti keçən gün çox sevdiyi yazıçıdan öyrəndiyi fəlsəfəni mənimlə bölüşdü. Bu fəlsəfə mənim həyata baxdığım prizmanı daha çox genişləndirmişdir.

    Dünyanın nizamından söz düşəndə, yüz il gözə heç də elə uzun müddət kimi görünmür. Ancaq bu dəqiqdir: yüz ildən sonra heç birimiz bu planetdə olmayacağıq. Bax, bunu yadımızda saxlasaq, sıxıntılı və stressli anlarımızda düzgün fikirləşə biləcəyik.

    Maşınınızın təkəri partladı, ya da evin açarını yaddan çıxardığınız üçün qapıda qalmısınız. Yüz ildən sonra bunların nə mənası olacaq? Kimsə sizinlə pis davranıb, yaxud işinizi çatdırmaq üçün səhərə kimi işləmisiniz. Hə, nə olsun? Eviniz yaxşı yığışdırılmayıb, kompüteriniz xarab olub, çox ehtiyac duyduğunuz tətil üçün pul düzəldə, ya da təzə maşın ala bilməmisiniz... Ürəyinizi sıxan başqa məsələlərə yüz ildən sonra baxsanız, hadisələrə daha doğru yanaşacaqsınız.

    Elə bu səhər işdə meydana çıxan kiçik böhran zamanı bir ara çox gərgin olduğumu hiss etdim. Eyni saatda iki nəfərə görüş təyin edilmişdi. Məni dərin stresdən xilas edən amil, yüz ildən sonra heç kimin bu anı xatırlamayacağı və əhəmiyyət verməyəcəyini ağlıma gətirmək oldu. Sakit-sakit səhvi öz boynuma götürdüm və müştərilərimdən biri nəzakətlə yeni görüş vaxtını qəbul etdi. Həmişəki kimi, bu məsələ də asanlıqla şişirdilməsi mümkün “xırda iş” idi. Yaxşı ki, elə bu cür də qaldı.
  • Ayaşhas quoted2 years ago
    Kimsə sizə qəribə gələn bir hərəkət edəndə həmişəki kimi: “Niyə belə etdin?” demək əvəzinə, ürəyinizdən bu sözləri keçirin: “Başa düşürəm. Deməli, o da öz dünyasında hər şeyi bu cür görür.
  • Ayaşhas quoted2 years ago
    Nədəsə gözəllik görməməyiniz həmin gözəlliyin olmadığı demək deyil. Sadəcə, biz kifayət qədər diqqət yetirmirik, ya da hadisələrə münasibətimiz yetərli dərəcədə geniş deyildir.
  • Ayaşhas quoted2 years ago
    Bir tərəfdən, fikirləşəndə kiminsə düşüncəsi haqqında mülahizə yürüdəndə bu davranışınız o şəxs haqqında heç nə ifadə etmir, amma sizin hər kəsi mühakimə etmək həvəsinizlə bağlı çox şeyi meydana çıxarır.
  • Ayaşhas quoted2 years ago
    Diqqətinizi nə istədiyinizə yox, əlinizdə olanlara versəniz, istəklərinizin çoxunu həyata keçirə bilərsiniz.
  • Ayaşhas quoted2 years ago
    Başınızda bir fikir olanda yaddan çıxarmayın ki, nə olursa olsun, nəticədə bu, sadəcə, bir düşüncədir. Sizi incidə bilməz! Yəni siz icazə verməsəniz, incitməz.
  • Ayaşhas quoted2 years ago
    “Həyat çox ciddi qəbul olunmayacaq dərəcədə əhəmiyyətlidir”.
  • Əzizəhas quoted2 years ago
    Tanıdığım ən xoşbəxt insanlardan biri müəyyən vaxtlarda ciddi problemlər yaşamış şəxsdir.
  • Əzizəhas quoted2 years ago
    “Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır”.
  • Filizhas quoted2 years ago
    Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
fb2epub
Drag & drop your files (not more than 5 at once)