bookmate game

Riçard Karlson

  • Əzizəhas quoted2 years ago
    Tanıdığım ən xoşbəxt insanlardan biri müəyyən vaxtlarda ciddi problemlər yaşamış şəxsdir.
  • Əzizəhas quoted2 years ago
    “Bəşəriyyətin bütün problemləri insanın təkbaşına bir otaqda səssizcə oturmamağından qaynaqlanır”.
  • Filizhas quoted2 years ago
    Dəyişdirilməsi mümkün olanları dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun”.
  • Aysel Musazadehas quoted2 years ago
    Fərqli Həqiqətləri Anlayın
  • osipovamvhas quoted2 years ago
    Malik Olmaq İstədikləriniz Yox, Əldə Etdikləriniz Haqqında Düşünün
    Stress məsləhətçisi kimi işlədiyim on ildən çox müddət ərzində gördüyüm ən geniş yayılmış və zərərli zehni meyil insanların malik olduqlarına yox, malik olmaq istədiklərinə yönəlməsidir. Nələrə sahib olduğumuzun, demək olar ki, heç bir əhəmiyyəti yoxdur; istəklərimizin siyahısını uzatdıqca uzadırıq və təbii ki, heç vaxt qane olmuruq. “Bu istəyimi də həyata keçirsəm, xoşbəxt olacağam” deyən beyin həmin arzu yerinə yetəndən sonra yenə eyni halı təkrarlayacaqdır.

    Dostlarımızdan biri təzə evində qonaqlıq vermişdi. Bir müddətdən sonra onu yenidən görəndə bizə daha böyük bir ev alacağını deyirdi. Çoxumuz belə etmirik? Mütləq nəsə istəməliyik. Onu əldə edə bilmədiyimiz təqdirdə ağlımızda təkcə malik olmadıqlarımız qalır və qane olmama sıxıntısı çəkirik. İstədiyimizi əldə etdikdə də, yeni şərtlərin mövcudluğuna baxmayaraq, eyni düşüncə tərzi işə düşür. Beləliklə, istəyimizə qovuşmağımıza baxmayaraq xoşbəxt ola bilmirik. Həmişə yeni arzularla yanıb-tutuşarkən xoşbəxt olmaq mümkün deyil.

    Yaxşı ki, xoşbəxt olmağın bir yolu vardır. Bu da əsas fikrimizi sahib olmaq istədiklərimizdən əlimizdə olanlara tərəf yönəltməkdir.

    Həyat yoldaşınızın fərqli olmasını arzulamaqdansa, onun çox yaxşı xüsusiyyətləri haqqında fikirləşməyə çalışın. Maaşınızdan şikayətlənməkdənsə, işiniz olduğuna şükür edin. Havay adalarına tətilə gedə bilmədiyiniz üçün heyifsilənməkdənsə, evinizin yerləşdiyi yerdə necə əylənəcəyinizi düşünün. Bu növ ehtimalların sonu yoxdur. “Kaş ki, həyatım başqa cür olaydı” deyərək, giley-güzar tələsinə düşməmişdən qabaq özünüzə mane olun və bir daha başlayın. Dərindən nəfəs aldıqdan sonra şükür etməli olduqlarınızı yadınıza salın. Diqqətinizi nə istədiyinizə yox, əlinizdə olanlara versəniz, istəklərinizin çoxunu həyata keçirə bilərsiniz.

    Həyat yoldaşınızın müsbət keyfiyyətlərinə fikrinizi cəmləsəniz, o da sizə qarşı daha mehriban olacaqdır. Maaşınızdan gileylənməkdənsə, halınıza şükür etsəniz, daha çox müvəffəqiyyət qazana, məhsuldar işləyə... və nəticədə pul mükafatı ala bilərsiniz. Əgər Havay adalarına gedəcəyiniz günü gözləmədən evinizin yaxınlığında yaxşı vaxt keçirə biləcəyinizi fikirləşsəniz, daha çox əylənərsiniz. İşdir, bir gün Havay adalarına yolunuz düşsə, hər yerdə əylənmə vərdişini qazanmış olacaqsınız. Getməsəniz belə, həyatınız, onsuz da, şən keçdiyi üçün bunu vecinizə almazsınız.

    Nə qədər tez bu düşüncə inqilabını həyata keçirsəniz, həyatınız bir o qədər şən keçər. Bəlkə də, ömrünüzdə birinci dəfə gözütoxluğun dadını biləcəksiniz.
  • osipovamvhas quoted2 years ago
    Bədbin Fikirləri Yaxına Buraxmayın
    Hesablamalara əsasən, normal bir insan gün ərzində beynindən təxminən 50 min fikir keçirir. Bu göstərici çox yüksəkdir. Bu fikirlərdən bəzisi müsbət və məhsuldardır. Amma çox təəssüf ki, onların bir çoxu mənfi xarakterli olaraq, qəzəb, qorxu, pessimizm və təşviş ehtiva edir. Daha sakit bir insan olmaq pessimist düşüncələrə malik olmamaq demək deyil, çünki bədbin fikirləriniz mütləq olacaqdır. Əsas bunlar arasında edəcəyimiz seçimdir.

    Bədbin fikirlərə qarşı insan iki cür hərəkət edə bilər: bunları təhlil edə, üstündə xeyli müddət dayana, min ölçüb bir biçə, əvvələ qayıdıb bir daha düşünə bilərsiniz. Ya da onları “yox hesab etməyi” öyrənərsiniz: yaxına buraxmaz, üstündə dayanmaz və ciddi qəbul etməzsiniz. Rahat insan olmaq kimi bir məqsədiniz varsa, ikinci yol, yəni bədbin düşüncələrə fikir verməmək sizə daha çox qazandırar.

    Başınızda bir fikir olanda yaddan çıxarmayın ki, nə olursa olsun, nəticədə bu, sadəcə, bir düşüncədir. Sizi incidə bilməz! Yəni siz icazə verməsəniz, incitməz. Məsələn, keçmişinizə aid nə isə fikirləşirsiniz: “Valideynlərim uğur qazana bilmədiyi üçün çox qəm çəkirəm”. Bunun üstündə dayandıqca lazım olduğundan çox əhəmiyyət verməyə başlayarsınız və həqiqətən də, bədbin olmağa qərar verərsiniz. Ya da ağlınızın qartopundan uçquna çevrildiyini görüb, bu fikri başınızdan qovarsınız. Bu, uşaqlığınızın heç də çətin keçmədiyi demək deyildir. Bəlkə də, çox sıxıntı çəkmisiniz, amma hal-hazırkı anda hansı düşüncələrinizə daha çox diqqətinizi cəmləyəcəyiniz öz öhdənizə qalmışdır.

    Həmin zehni fəaliyyət bu səhərə və ya beş dəqiqə əvvələ aid fikirlərə də şamil olunur. İşə gəlmək üçün evdən çıxanda baş vermiş mübahisə artıq real deyil, ağlınızdakı düşüncədir.

    Həmin fəaliyyət bu gecəyə, gələn həftəyə və ya on il sonraya- gələcəklə bağlı fikirlərə də aiddir. Hansı vəziyyətin hökm sürməyinə baxmayaraq görəcəksiniz ki, beyninizdə fırlanan bədbin fikirləri qova bilsəniz, onun yerini dərhal rahatlıq hissi alacaqdır. Daha sakit və rahat olduqda ağlınız və intuisiyanız sizə nə edəcəyinizi deyəcək. Bu strategiyaya alışmaq bir az vaxt apara bilər, amma inanın ki, cidd-cəhdinizə dəyəcəkdir.
  • osipovamvhas quoted2 years ago
    Bir Bitki Yetişdirin
  • osipovamvhas quoted2 years ago
    Problemlərinizə Olan Münasibətinizi Dəyişdirin
  • osipovamvhas quoted2 years ago
    “Mənalı Müvəffəqiyyət” Bu Məfhumun Tərifini Yenidən Verin
  • Zaur MMhas quoted2 years ago
    Ağlınızdakı kiçik qartopunu uçquna çevirməmişdən əvvəl nəzarət altına alsanız, problemin qabağını daha asan ala bilərsiniz.
fb2epub
Drag & drop your files (not more than 5 at once)