ar

Teodor Drayzer

  • Sevahas quoted2 years ago
    O, heç bir zaman bilmirdi ki, adam ancaq ağlına görə deyil, hisslərinə görə də əzəmətli ola bilər.
  • Sevahas quoted2 years ago
    Ola bilməz ki, kişi yeddi ay ərzində özünə bir iş tapa bilməsin
  • Sevahas quoted2 years ago
    Kerri boş oturmaqdan yorulmağa başlamışdı.
  • Sevahas quoted2 years ago
    Etdiyin cinayətin təzyiqi altında yaşamaq, yəqin ki, çox dəhşətlidir.
  • Sevahas quoted2 years ago
    “Axı gələcəkdə səni nə gözlədiyini bilmirsən. Dünyada çoxlu fəlakət vardır. Bu evin divarları arxasında çoxlu bədbəxt qadınlar yaşayır. Orada adamlar əllərini uzadaraq bir tikə çörək ardınca gəzirlər. Heç kim bilmir ki, başına nə gələcək. Şəhərdə ac dolandığı zamanları xatırla! Nağdını əldən buraxma!
  • Sevahas quoted2 years ago
    Həyatda hər bir kişidə yalnız bir dəfə bu qüdrətli ehtiras alovlana bilər. Bu isə, adətən, ancaq gənclikdə olur. Yaşa dolmuş Herstvud isə aydın düşünməkdə ona mane olan eşq pəncəsində olsa belə, gəncliyin atəşini mühafizə etməmişdi. Hər halda bu ehtiras Kerridə ona qarşı maraq oyatmaq, hətta Herstvudu sevdiyini təsəvvür etdirmək üçün kifayət qədər qüvvətli idi. Bu hal qadınlarda az olmur, bu da onların məhəbbətə olan meyli, onların sevildiklərini bilməkdən doğan sevincləri ilə izah olunur. Etibarlı arxası olmaq, hər şeydən mərhəmət görmək – qadın xarakterinin ayrılmaz cəhətləridir. Buna bir də rəhmdillik və hiss qarışarsa, o zaman kişiyə rədd cavabı vermək qadın üçün çətin olur və ona elə gəlir ki, o sevir.
  • Sevahas quoted2 years ago
    Başqa kişilərlə! — deyə Kerri səsləndi. — Başqa kişilərlə! Sən yaxşı bilirsən ki, hansı kişi ilə! Mən mister Herstvudla tez-tez gəzməyə çıxırdım, lakin buna kim müqəssirdir? Onu buraya gətirən sən özün deyilsənmi? Məgər sən özün təklif etmədinmi ki, sən burada olmayanda o buraya gəlsin və məni əyləndirsin? İndi isə bütün bunlardan sonra gəlib deyirsən ki, mən onunla bayıra çıxmamalıyam, o, evli kişidir!
  • Sevahas quoted2 years ago
    Mənim heç ağlıma gəlməzdi ki, mən şəhərdə olmadığım zaman sən onunla gəzməyə başlayacaqsan!

    — Ağlına gətirməzdi! — deyə bu adamın rəftarından qəlbinin dərinliyinə qədər qəzəblənmiş Kerri zəhərləyici bir ahənglə təkrar etdi. — Əlbəttə, sənin ağlına gəlməzdi. Sən öz kefindən başqa heç bir şey haqqında düşünmürsən. Sən elə güman edirdin ki, məndən oyuncaq qayıra biləcəksən və mən sənin üçün xoş bir əyləncəyə çevriləcəyəm! Bu dəqiqədən mən səni tanımaq istəmirəm. Sən öz zir-zibil hədiyyələrini geri ala bilər və onları yadigar saxlaya bilərsən.
  • Sevahas quoted2 years ago
    Həqiqi məhəbbət atəşi çox incə şeydir. O, bataqlıq odu kimi yanır və rəqs edərək əfsanəvi zövqlər səltənətinə gedir. Bəzən də dəmirçi kürəsi kimi nərə çəkir, lakin əfsus ki, çox vaxt qısqanclıqdan qida alır!
  • Sevahas quoted2 years ago
    Bəli, tale bəzən insanı yaman ələ salır!
fb2epub
Drag & drop your files (not more than 5 at once)