şeydən yaxşısı da orası idi ki, onun maaşını on iki dollardan on səkkiz dollara qaldırdılar.
Herstvud isə bu dəyişiklik haqqında heç nə bilmədi.
“Pullarımın hamısını ona verməyəcəyəm”, – deyə Kerri qət etdi. – Elə bütün xərcləri çəkdiyim kifayətdir. Mənə o qədər şey almaq lazımdır ki!” Qeyd etmək lazımdır ki, teatrda qulluq etdiyi ikinci ay ərzində Kerri, bunun nə kimi nəticələr verəcəyi ilə hesablaşmadan, bir xeyli müxtəlif şeylər almışdı. Qoy Herstvud ev kirayəsi ilə nə cür bilirsə, elə də etsin, qoy qonşu dükanlardan nisyə axtarsın, Kerri, özünə daha çox diqqət verməlidir.