bookmate game
ar

Teodor Drayzer

  • Sevahas quoted2 years ago
    səadət əl altında olduğu halda başqasının onu kor-koranə axtardığını görmək daha dəhşətlidir!”
  • Sevahas quoted2 years ago
    O, heç bir zaman bilmirdi ki, adam ancaq ağlına görə deyil, hisslərinə görə də əzəmətli ola bilər.
  • Sevahas quoted2 years ago
    Ola bilməz ki, kişi yeddi ay ərzində özünə bir iş tapa bilməsin
  • Sevahas quoted2 years ago
    Kerri boş oturmaqdan yorulmağa başlamışdı.
  • Sevahas quoted2 years ago
    Etdiyin cinayətin təzyiqi altında yaşamaq, yəqin ki, çox dəhşətlidir.
  • Sevahas quoted2 years ago
    Həyat təcrübəsi olmayan adam kainatda coşan küləyin apardığı zəif bir ot kimidir. Bizim mədəniyyət hələ öz yolunun yarısındadır. Biz artıq vəhşi deyilik, – çünki biz öz hərəkətlərimizdə yalnız instinktlərə əsaslanmırıq, lakin hələ kamil insanlar da deyilik, – çünki biz yalnız ağılla iş görmürük. Pələng öz hərəkətləri üçün cavabdeh deyil. Təbiət ona yaşamaq üçün lazım olan bütün şeyləri bəxş etmişdir – o anadangəlmə instinktlərə tabe olur və şüursuz olaraq bu instinktlərlə özünü müdafiə edir. İndi insanı götürək: o, cəngəlliklərdəki mağarasından uzaqlaşmışdır, şəxsi iradənin əmələ gəlməsilə onun instinktləri kütləşmişdir. Lakin bu iradə hələ o qədər inkişaf etməmişdir ki, onun instinktlərinin yerini tutsun və hərəkətlərini düzgün idarə edə bilsin. İnsan instinktlərinin və arzularının səsini eşitmək üçün çox ağıllanmışdı, lakin bunlara həmişə qalib gəlmək üçün hələ çox zəifdir. Nə qədər ki, insan vəhşi idi onu təbii qüvvələr öz arxasınca çəkib aparırdı, lakin o, bir insan kimi onları özünə tabe etməyi hələ tamamilə öyrənməmişdir. Bu keçid mərhələsində olan insan artıq kor instinktlərə tabe olmur və təbiətlə həmahəng hərəkət etmir, lakin o hələ öz iradəsi ilə ağıllı surətdə bu ahəngi yaratmağı da bacarmır. Bax, buna görə də insan küləklə aparılan ota bənzəyir: ehtiraslara qapılaraq o gah iradəsinin, gah da instinktlərinin təsiri altında hərəkət edərək gah səhv edir, gah da səhvlərini düzəldir, yıxılır, yenidən qalxır, o, necə hərəkət edəcəyi qabaqcadan müəyyən edilməyən bir varlıqdır. Biz özümüzə ancaq bir fikirlə: inkişaf heç bir zaman qurtarmayacaqdır, ideal heç bir zaman sönməyəcək bir məşəldir, – fikri ilə təskinlik verməyə məcbur oluruq. İnsan xeyirlə şər arasında həmişə tərəddüd etməyəcəkdir. Şəxsi iradə ilə instinkt arasındakı ədavət qurtardığı zaman, həyatın dərindən dərk edilməsi bu qüvvələrdən birincisinin ikincisini tamamilə əvəz etməsinə imkan verəcəyi zaman insan mütərəddidlikdən xilas olacaqdır. O zaman ağıl əqrəbi möhkəm və tərəddüdsüz olaraq həqiqətin uzaq qütbünə çevriləcəkdir.
  • Sevahas quoted2 years ago
    Adət qəribə şeydir! Yalnız adət dinsiz adamı səhər tezdən yataqdan qalxmağa, özünün heç də inanmadığı duaları oxumağa məcbur edə bilər. Adət qurbanları hər gün etməyə adət etdiklərini etməyəndə qəribə narahatlıq duyurlar, sanki bir səs onları səhvlərini düzəltməyə tələsdirir. Əgər bu səhv çox ciddidirsə, tezliklə adətin qüvvəsi müti qurbanı lazım olanı etməyə və sonra “nəhayət mən öz borcumu yerinə yetirdim” deməyə məcbur edir. Əslində isə o yalnız min dəfələrlə etdiyini təkrar edir.
  • Sevahas quoted2 years ago
    O, yuxuda görürdü ki, Kerri ilə harada isə köhnə kömür qazması yaxınlığındadırlar. O, üstündən yol keçən hündür torpaq təpəsini, tullantı və kömür topalarını görürdü. Onların ikisi də dayanıb qaralan şaxtaya baxırdılar. Onlar alaqaranlıqda gözdən itən nəm daş divarları görürdülər. Sürtülüb yeyilmiş ipdən aşağı düşmək üçün köhnə zənbil asılmışdı.

    — Gəl aşağı düşək, — deyə Kerri təklif etdi.

    — Yox, yox, lazım deyil, — deyə Minni etiraz etdi.

    Kiçik bacı isə inadla:

    — Gəl düşək! — deyə israr edirdi.

    O, zənbili özünə tərəf çəkdi və Minninin etirazına baxmayaraq, düşməyə başladı.
  • Sevahas quoted2 years ago
    Kerri, geri qayıt! — deyə Minni bağırdı, lakin Kerri daha irəli getdi. Sanki Kerrini hara isə apardılar, Minninin səsi ona çatmırdı. — Kerri! — deyə böyük bacı çığırırdı. — Kerri!..

    Lakin onun öz səsi sanki uzaqdan gəlirdi, qəribə su artıq hər tərəfi basırdı. Minni qəlbində böyük bir ağrı ilə getdi, sanki o ən əziz bir şeyi itirmişdi. O, ömründə heç bir zaman bu qədər kədərli olmamışdı.

    Minninin yorğun beynində hadisələr bir-birini əvəz edirdi. Birdən o, vəhşicəsinə bağırdı: Kerri onun gözünün qabağında qayaya dırmaşırdı, birdən o sürüşdü, əlini heç bir şeyə ilişdirə bilməyib uçuruma yuvarlandı.

    — Minni! Sənə nə olub? Ayıl
  • Sevahas quoted2 years ago
    Herstvud özü, onun arvadı Culiya, oğlu Corc, qızı Cessika və missis Herstvudla yola getmək çətin olduğundan tez-tez dəyişilən qulluqçu yaşayırdı.
fb2epub
Drag & drop your files (not more than 5 at once)