bookmate game
ar

Teodor Drayzer

  • Sevahas quoted2 years ago
    Kerri boş oturmaqdan yorulmağa başlamışdı.
  • Sevahas quoted2 years ago
    Etdiyin cinayətin təzyiqi altında yaşamaq, yəqin ki, çox dəhşətlidir.
  • Sevahas quoted2 years ago
    O, indi həyatda boş yerə yaşamadığını dərk etməyə başlayırdı. İstedadlar gec-tez tanınır.
  • Sevahas quoted2 years ago
    Bəli, həyat çox rəzil oldu, — deyə birinci onunla razılaşdı. — İndi kasıb başına nə çarə qılsın? İstəyirsən küçənin ortasında ayaqlarını uzat, öl, heç kəs sənə kömək etməz.
  • Sevahas quoted2 years ago
    Əgər bir adam sizin yerinizi tutmuş olsaydı, zənnimcə, siz də narazı olardınız, deyilmi? Siz də istəməzdiniz ki, bir nəfər sizi öz hüququnuzu almaq imkanınızdan məhrum etsin. Doğru deyilmi, yoldaş!
  • Sevahas quoted2 years ago
    Kerri utancaq idisə lakin doğrudan da böyük istedada malik idi. Başqalarının ona inandığını görərək o, özü də öz qüvvəsinə inanmağa başladı. Toplanmış həyat təcrübəsi və ehtiyac ona böyük xidmət göstərdi. “Kişilər” sözü daha onun başını gicəlləndirmirdi, o, indi bilirdi ki, kişilər dəyişilə bilərlər. Təriflər onun üzərində öz hakimiyyətini itirmişdi. Yalnız ağıl üstünlüyü onun ürəyini bəlkə dindirə bilərdi
  • Sevahas quoted2 years ago
    Sən başa düş ki, tələb etməsən heç bir vaxt bir şey əldə edə bilməzsən.
  • Sevahas quoted2 years ago
    Kerri ona fikir verərək düşündü ki, o, təbiətən xaraktersiz və fəaliyyətsiz olmaqdan artıq, tale tərəfindən təqib olunmuş və incidilmiş bir adamdır. Onun nəzəri əvvəlki miskinliyini itirmişdi, üzündə yaxınlaşan qocalığın açıq əlamətləri vardır, əlləri bürüşmüşdü, saçlarına dən düşmüşdü. O, başı üstünü almış fəlakətdən xəbərsiz halda yelləncəkdə yırğalanır, qəzet oxuyur və ona diqqət yetirildiyini hiss etmirdi.
  • Sevahas quoted2 years ago
    Birdən o, tamamilə tənha olduğunu dəhşətlə dərk etdi.
  • Sevahas quoted2 years ago
    İrəlidə onu nə isə soyuq və amansız bir şey gözləyirdi.

    O, ağır-ağır yelləncəyə oturdu, başını əlləri arasına aldı, tam ümidsizlik içərisində, heç nə düşünmədən oturub qaldı.

    Sonra birdən onun özünə bərk yazığı gəldi və o anladı ki, sevgi həmişəlik onun həyatından getmişdir.

    — O getməməli idi! — deyə o dilləndi. Mən hələ bir iş tapa bilərdim.

    O, uzun müddət hərəkətsiz oturdu və nəhayət, sanki kimə isə müraciətlə bərkdən dedi:

    — Məgər mən çalışmırdım?

    Gecə yarı oldu, Herstvud isə yellənərək və döşəməyə baxaraq hələ də oturmaqda davam edirdi.
fb2epub
Drag & drop your files (not more than 5 at once)