Siyavuş Quliyev

  • Vusala Mammadovahas quoted2 years ago
    Bir insanın başqa bir insanla sağlam münasibətlər yarada bilməsi üçün ilk əvvəl özünə dəyər verə bilməsi lazımdır. Ailə münasibətlərində, özünə dəyər verən “insan – qadınla” özünə dəyər verən “insan – kişi” bir-birini olduğu kimi qəbul edir, sevgi, hüzur şəraitində yaşayırlar. Belə bir ailədə doğulub, böyüyən körpə isə öz potensialını dərk edib, sonuna qədər reallaşdırmağa səy göstərir.
  • Vusala Mammadovahas quoted2 years ago
    Övladlarımızın məsumca

    verdiyi suallar fəlsəfənin,

    elmin və sənətin başlanğıcıdır.

    Övlad haqları insan haqlarıdır.2

    Doğan Cüceloğlu.
  • Vusala Mammadovahas quoted2 years ago
    Sağlam bir millət olaraq inkişaf edə bilmənin əsasını “insan qadınla” “insan kişinin” yaratdığı evliliklər və ailələr təşkil edir. Bu isə sadəcə istəməklə reallaşa bilmir. Həm qadının, həm də kişinin “insan olma” məqsədilə bir yolculuğa çıxması lazımdır. Bu yolculuq hamiləlikdən və körpəlikdən başlayır.
fb2epub
Drag & drop your files (not more than 5 at once)