o qadın səndən başqasını da tapa bilərdi. Səndən başqa kimi tapsa, daha yaxşı olar; ona görə ki, sən, doğrudan da, onun başını kəsə bilərsən, həm də qadın indi bunu, bəlkə də, lap yaxşı başa düşür. Sən onu bütün varlığınla sevdiyin üçünmü? Doğrudur, bax bu ola bilər... Mən eşitmişəm ki, məhz bu cür sevgi axtaran adamlar var... ancaq...