Onun dövrəsinə dəmir çağ çəkilmişdir, bu qəbrin baş və ayaq tərəflərinə iki cavan küknar əkilmişdir: bu qəbirdə Yevgeni Bazarov dəfn edilmişdir. Yaxın kənddən bu qəbrə tez-tez artıq tamamilə taqətdən düşmüş iki qoca ər-arvad gəlir. Onlar bir-birindən yapışaraq, ağır addımlarla yeriyirlər, onlar çağa yaxınlaşıb diz çökür, uzun müddət yanıqlı-yanıqlı ağlaşır, altında oğulları yatan dilsiz daşa uzun-uzadı diqqətlə baxırlar. Bir