“İnsanlar! İntəhasız və sonsuz sayda insan axını! Və hamısı, hər biri, necə deyərlər, elə tutqun, yeknəsəq baxışlıdırlar ki! Bir-birinə bənzəyir, çox qorxunc bir şəkildə bir-birləri ilə eynidirlər, sanki bir almanın yarısıdırlar. Bəzilərinin çöhrələri qoyuna bənzəməsə də, dovşanın çöhrəsindən fərqlənmir. Bəziləri yüksək səviyyədə geyinib-kecinmiş boşboğazlardır. Ağızlarına gələni danışırlar. Onların içərisindəki ortayaşlı, gonbul kişilər xoruldayırlar. Bunların əksəriyyəti eynilə bir donuz kimidir. Hətta bu nərmə-nazik, qırmızıdodaq, yumurtasifət gözəlçələr də insanın ürəyini bulandıracaq dərəcədə bir-birilə eynidir.”