Sonra o, gizli məqsədini xatırladı, beynində xeyli çək-çevir etdi və dodaqları nifrətlə bükülüb incə bir xətt formasına düşdü. “Xeyr. Nəyin bahasına olursa-olsun, başladığım işə davam etməliyəm. Bunu həyata keçirmək üçün illər boyu fikirləşmişəm. Edəcəyim işi əvvəlcədən ətraflı planlaşdırmışam. Bəli, bu işə davam etməliyəm.”