az

Paulo Koelho

Paulo Koelyo — tanınmış Braziliya yazıçısı və şairi.

Ümumilikdə, Koelyonun müəllifi olduğu 30 kitab nəşr olunub. "Zəvvarlıq", "Valkiriyalar" və "Elif" əsərləri avtobioqrafik xarakter daşıyır. Digərləri isə müəllifin təxəyyülünə əsaslansa da, kökləri reallığa gedib çıxır. "Maktub" və "İşıq savaşçısının kitabı" əsərləri isə məqalələr, qəzet köşələri və seçilmiş öyrədici materialları özlərində toplayır. Ümumilikdə, Koelyonun kitabları 150 ölkədə 100 milyondan çox nüsxədə satılıb və onun əsərləri 71 dilə tərcümə edilib. O, bütün dövrlərin portuqal dilində ən çox satılan əsərlərin müəllifidir.
İndiyə qədər "Kimyagər", "On bir dəqiqə", "Rio-Pyedranın sahilində oturdum və ağladım", "Veronika ölməyə qərar verir", "Zahir", "Maktub", "İşıq savaşçısının kitabı", "Aldatmaq" əsərləri Azərbaycan dilinə tərcümə edilib. Mütəmadi olaraq aparılan statistik araşdırmalara əsasən, Azərbaycan dilində nəşr olunan kitablar uzun müddət satış həcminə görə onluqlarda ilk pillələrə çıxıb.
Paulo Koelyo həmçinin həftədə üç dəfə öz bloqunda qeydlər edir.
years of life: 24 August 1947 present

Books

Quotes

b9974261647has quoted2 years ago
Mari nə danışdığını yaxşı bilirdi; xəstəliyi onu Viletə gətirənə qədər ömrünün qırx ilini hüquqşünas olmaqla keçirmişdi. Hələ karyerasının ilkin illərində məsum ədalət hissini itirmiş və qanunların problemləri həll etməsi üçün yox, münaqişələrin qeyri-müəyyən za­ma­nadək uzadılması üçün yaradıldığını anlamışdı.
b0768417033has quoted2 years ago
Mən ona görə ağlayırdım, – Veronika dedi. – Mən o həbləri qəbul edəndə nifrət etdiyim insanı öl­dür­mək istəyirdim. Bilmirdim ki, içimdə digər Veronika­lar mövcuddur, o Veronikalar ki, mən onları sevə bi­lərdim.
b9974261647has quoted2 years ago
Ona görə də sən bütün gününü gecənin gəlməsini gözləməklə keçirə bilməzsən. Və ya, digər bir xəstənin piano çalmasını gözləyə bilməzsən, çünki bu, tezliklə bitəcək. Mənim və sənin dünyan sona çatacaq.

Impressions

Cəfər M.shared an impression2 years ago
🔮Hidden Depths
💡Learnt A Lot
🎯Worthwhile
👍Worth reading

Yazıçı kitabda öz xəyallarının ardınca gedən bir gəncin sərgüzəştlərini çox gözəl bir şəkildə kitaba yansıdıb. Gənc bir neçə yerdə öz yolundan geri dönməyi qərara alsada qəlbindəki o hissə qali gələ bilmir və "Öz Yolunu" tamamlayır. Kitabı çox bəyəndim bir dəfə oxusam da yenə də oxumağa razıyam. Tövsiyyə edirəm

  • unavailable
    Paulo Koelho
    Kimyagər
    • 2.4K
    • 807
    • 107
    • 118
    az
  • b1636271306shared an impression2 years ago
    👍Worth reading

  • unavailable
    Paulo Koelho
    Veronika ölməyə qərar verir
    • 2K
    • 425
    • 57
    • 83
    az
  • b5503837524shared an impression2 years ago
    🐼Fluffy

  • unavailable
    Paulo Koelho
    Veronika ölməyə qərar verir
    • 2K
    • 425
    • 57
    • 83
    az
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)