Əgər mən sizə olan hörmət, nəcib və səmimi münasibətim vasitəsilə və öz öhdəliyimi namusla yerinə yetirərək bizim ikimizin Emosional Bank Hesabına əmanət qoyuramsa, demək, mən özümə ehtiyat yaradıram. Sizin mənə qarşı etibarınız artır və lazım olanda mən bu etibardan yenə istifadə edəcəyəm. Hətta mən səhv etsəm də, bu etibarın səviyyəsi, bu emosional ehtiyat onu kompensasiya edə bilər. Hətta fikrimi düzgün ifadə etməsəm də, siz hər halda məni başa düşəcəksiniz. Siz mənim sözümdə “yanlışlıq” axtarmayacaqsınız. Etimad səviyyəsi yüksəkdirsə, ünsiyyət asan və effektiv olur.