800 iştirakçıdan təxminən 40-ı aşağıdakı nominasiyalar üzrə mükafatlandırıldı: “Satışda ən böyük kəmiyyətə görə”, “Satışda ən böyük həcmə görə”, “Komissiyon haqqı ilə ən çox mal satışına görə” və “Ən böyük alıcı siyahısına görə”. Mükafatlar təqdim ediləndə çığırışır, əl çalır, alqışlayırdılar. Həmin 40 nəfərin qalib gəldiyinə şübhə yox idi, amma o da aydın idi ki, 760 nəfər məğlub olub.