bookmate game
az

Stiven Kovi

  • b7269870870has quoted2 years ago
    Fərz edək ki, biz sizinlə təklikdə danışırıq və ikimiz də rəisi elə tərzdə tənqid edirik ki, onun yanında bunu deməyə cəsarət etməzdik. Bir gün bizim aramız dəysə, nə baş verər? Siz yaxşı bilirsiniz ki, mən kiminləsə sizin çatışmayan cəhətlərinizi müzakirə edərəm. Rəisimizi də tənqid edəndə elə bu cür etmişdik. Siz mənim xasiyyətimi bilirsiniz. Üzdə yaxşı cəhətinizi deyirəm, arxada isə pis cəhətlərinizi pisləyib danışıram. Bilirsiniz ki, mən bunu necə edirəm.
  • b7269870870has quoted2 years ago
    Mən udsam, demək, sən uduzdun”.
  • b7269870870has quoted2 years ago
    Bu ona oxşayırdı ki, çiçəklərin birini dilə tutasan ki, “Cücər”, o birisini sulayasan ki, cücərsin. Bu isə o demək idi ki, “Mənəvi mühit düzəlincəyə qədər sizi bir-bir işdən azad edəcəyəm”. Prezident əməkdaşlıq görmək istəyirdi. O istəyirdi ki, onun işçiləri birlikdə işləsin, ideyalarını bölüşsünlər və ümumi səylərdən hamı faydalansın. Amma bu zaman o, daxili rəqabət yaradırdı. Bir menecerin uğuru o birilərinin məğlubiyyəti idi.
  • b7269870870has quoted2 years ago
    800 iştirakçıdan təxminən 40-ı aşağıdakı nominasiyalar üzrə mükafatlandırıldı: “Satışda ən böyük kəmiyyətə görə”, “Satışda ən böyük həcmə görə”, “Komissiyon haqqı ilə ən çox mal satışına görə” və “Ən böyük alıcı siyahısına görə”. Mükafatlar təqdim ediləndə çığırışır, əl çalır, alqışlayırdılar. Həmin 40 nəfərin qalib gəldiyinə şübhə yox idi, amma o da aydın idi ki, 760 nəfər məğlub olub.
  • b7269870870has quoted2 years ago
    Yarış, rəqabət bazarda labüddür. Keçən ilki nəticələrlə yarışmaq olar. Hətta başqa bir şöbə, yaxud adamla yarışmaq lazımdır – əgər əməkdaşlıq etmək lazım deyilsə, əgər xüsusi qarşılıqlı asılılıq yoxdursa. Amma təşkilat üçün iş yerində əməkdaşlıq bazar üçün rəqabət qədər mühümdür. “Qələbə–Qələbə” münasibətlərinin ruhu yarış və rəqabət mühitində yaşaya bilməz.
  • b7269870870has quoted2 years ago
    Ünsiyyət sahəsindəki ekspertlərin fikrincə, sözlər vasitəsilə informasiyanın yalnız 10 faizi ötürülür. İnformasiyanın 30 faizi intonasiya, 60 faizi mimika və jestlərlə verilir.
  • b7269870870has quoted2 years ago
    Empatik dinləmə zamanı siz qulaqlarınızla dinləyirsiniz, amma siz həm də – bu daha vacibdir – gözlərinizlə və ürəyinizlə qulaq asırsınız.
  • b7269870870has quoted2 years ago
    Şərq fəlsəfəsində deyildiyi kimi, “Böyük ustadları təqlid etmək yox, onların axtardığını axtarmaq” lazımdır.
  • b7269870870has quoted2 years ago
    Ruhi müvazinət o vaxt olur ki, sizin həyatınız həqiqi prinsip və dəyərlərlə harmoniyada olsun.
  • b7269870870has quoted2 years ago
    18-ci əsr fransız yazıçısı Madam de Stalın sözü ilə desək: “Vicdanın səsi elə zəifdir ki, onu asanlıqla boğmaq olar, amma elə aydındır ki, onu heç nə ilə səhv salmaq olmaz”.
fb2epub
Drag & drop your files (not more than 5 at once)