Sonra isə, bir axşam, mənim sevgilim Betti elə birinci qədəhdən sonra ürəyini boşaltdı:
— Henk, artıq bacarmıram!
— Nə olub, quzum?
— Situasiya.
— Nə situasiyası, quzum?
— Mən eşşək kimi işləyirəm, sən burada avaralanırsan. Bütün qonşular fikirləşirlər ki, mən səni saxlayıram.
— Lənət şeytana, bəs mən işləyəndə, sən avaralananda niyə səsin çıxmırdı?
— Bunlar başqa-başqa şeylərdir. Sən kişisən, mən qadın.
— Oo, heç xəbərim yox idi. Mən elə bilirdim ki, siz qancıqlar həmişə öz hüquqlarınız üçün səs-küy salırsınız.