öz həyatınızı uğursuz sayırsız?
— Bilmirəm. Mən əvvəllər elə belə yaşayır və heç vaxt düşünmürdüm ki, xoşbəxtəm, ya yox. Ərə gedəndə fikirləşdim, xoşbəxtəm, ancaq sonra anladım ki, yanılırmışam. Boşanandan sonra həyatım mənən çox ağır keçirdi, buna görə “mavi mələklərin” koordinator köməkçisi olmaq təklifinə həvəslə razılıq verdim.
— Çoxdan?
— Artıq beş ildir.
— Siz öz dərdinizi işlə ovutmaq istəyirdiz?
— Hə. Ancaq bu, mümkün olmadı. Kişilər öz həyatlarını bütövlükdə işə həsr etməyi, bu həyatın mənasını yalnız işdə görməyi bacarırlar. Qadın isə bunu bacarmır.
— Siz belə hesab edirsiz?
— Bəli. Hər bir qadın hər şeydən əvvəl qadındır. O ilk növbədə adi insan xoşbəxtliyi haqqında, öz ailəsi, öz əri haqqında düşünür. Və fərqi yoxdur ki, bu qadın baş nazirdi,ya adi süpürgəçidi. Onların hamısı qadındı, arvaddı.
— Hətta feminist qadınlar da?
— Hətta onlar da. Onların çoxu şəxsi xoşbəxtliyinə inamını itirdikdən sonra bədbinliyə qapılmış qadınlardır.