Cerom Devid Selincer

Quotes

b5862214619has quoted2 years ago
O mənə cavab vermədi. Çıxıb getdi. Saçlarını daradı, min bir tumar vurdu və çıxıb getdi. Lap Stredleyter kimi. Gözəl oğlanların hamısı eyni cürdü. Daranırlar, tumarlanırlar, sonra da adamı tək qoyub gedirlər.
b5862214619has quoted2 years ago
Nə isə, bilirsən, bu şeri yadıma salanda gözümün qabağında belə bir səhnə gəlib durur: bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də, – yəni böyükləri deyirəm, – yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim, bu tayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki, ora düşməsinlər. Bütün günü işim ancaq bu olur: çovdar düzündə uşaqları yıxılmaqdan qorumaq! Bilirəm, bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur. Nə bilim, bəlkə, bu da bir cür axmaqlıqdır.
fb2epub
Drag & drop your files (not more than 5 at once)