bookmate game
az

Rolf Dobelli

Books

Quotes

osipovamvhas quoted2 years ago
köhnə avtomobillər isə indi istifadə olun­mur. Lakin qiymətləri çox yüksəkdir. Bu əsas deyil, əsas odur ki, onların miqdarı məhduddur.

Tələbələrə 10 ədəd dekorativ plakatı – cəlb­edi­cilik dərəcələrindən asılı olaraq – ardıcıllıqla düz­mək tapşırığı verilir. Düzgün seçim edənlərə bu pla­katlardan biri hədiyyə ediləcəkdi.

5 dəqiqədən sonra onlara dedilər ki, reytinq üzrə üçüncü cəlbedici plakat artıq burada yoxdur. Sonra onlardan xahiş etdilər ki, 10 plakat yenidən yoxlanılsın. Bu zaman ortada olmayan üçüncü plakat qəflətən birinci yeri tutdu.

Elmdə bu fenomenə reaktans (reaktiv mü­qa­vi­mət) deyilir: əgər biz birdən nədənsə məhrum ediliriksə, bu zaman həmin şey daha cəlbedici və diqqət mərkəzində olur. Bu, bir növ protest reaksiyasına da oxşayır. Psixologiyada isə buna “Romeo və Culyetta effekti” deyilir. Şeksprin qəh­rəmanlarının məhəbbətinin gücü – onlara bu his­sləri yaşamaq məhdudiyyətinin qoyulmasında idi.
osipovamvhas quoted2 years ago
İnduksİya (ümumİdən xüsusİyə doğru hərəkət)

İnsanların əllərindən milyonlarını necə almaq olar

Kəndli milad bayramı üçün kəsmək istədiyi qazını çox əla yemləyirdi. Çevik heyvan əvvəlcə ehtiyatla belə fikirəşirdi: “Maraqlıdır, görəsən, sahibim məni nəyə görə ayrıca yemləyir? Bunun arxasında nəsə gizlənməlidir?” Həftələr keçir, kəndli hər gün qaza dən verir. Qazın buna skeptik (şübhəli) yanaşması tədricən azalır. Bir neçə aydan sonra qazda belə bir inam yaranır: “İnsanlar mənə qarşı çox xeyirxahdırlar!” Bu inam təsdiq olunur və gündən-günə möhkəmlənir. Kəndlinin xeyirxahlığına tamamilə inanmış qaz milad bayramı ərəfəsində kəsilmək üçün gətirildiyini görəndə çox təəccüblənir.

Milad bayramı üçün qurban deyilmiş qaz induktiv fikrinin qurbanı oldu.
osipovamvhas quoted2 years ago
Sosİal tənbəllİk

Nəyə görə insanlar qrup halında tənbəl olurlar

Fransız mühəndisi Maksimilian Ringelman 1913-cü ildə atların gücünü tədqiq edirdi. O, belə bir qənaətə gəldi: karetaya birlikdə bağlanan qoşqu heyvanlarının gücü ayrı-ayrılıqda qoşulan atın gücündən heç də ikiqat artıq deyil. Bu nəticədən təəccüblənərək, o öz tədqiqatını insanların üzərində aparmağa başladı. O, hər bir fərdin tətbiq etdiyi gücü müəyyən etmək üçün adamların qrup halında gücünü yoxlamaq məqsədilə kəndir çəkmək tapşırığını verdi. Orta hesabla məlum oldu ki, kəndiri iki-iki çəkən adamların hər biri ayrı-ayrılıqda öz güclərinin 100%-ni deyil, 93%-ni verirlər. Bu göstərici üç-üç kəndir çəkənlərdə 85%, səkkiz-səkkiz kəndir çəkənlərdə isə 49% oldu.

Bu problem, psixoloqlardan başqa, heç kimi düşündürmür. Elmdə buna sosial tənbəllik effekti deyilir. Bu zaman adamlar ayrı-ayrılıqda öz gücünü görmür və qrup halında isə ümumi güc ortada itdiyi halda üzə çıxır.

Sosial tənbəllik rasional bir davranışdır: mən öz gücümün yarısının tətbiqi ilə nəzərə çarpıramsa, onda niyə gücümün hamısını verim? Sosial tənbəllik bizim hamımızı işdə təqsirli edən aldatma formasıdır. Bu, əksər hallarda qəsdən baş vermir. Aldatma atlarda olduğu kimi düşünülmədən baş verir.

Impressions

Tərlan Zeynalovshared an impression2 years ago
🎯Worthwhile

  • unavailable
    Rolf Dobelli
    Məntiqli düşünmə sənəti
    • 5K
    • 479
    • 41
    • 235
    az
  • Nasir Rashidzadeshared an impression2 years ago
    👍Worth reading

  • unavailable
    Rolf Dobelli
    Məntiqli düşünmə sənəti
    • 5K
    • 479
    • 41
    • 235
    az
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)