Konyunksİya yanlışlığı
(Bir və ya bir neçə hadisənin birlikdə ortaya
çıxarılması lazım olduğu halda, bu hadisələrdən
birinin ortaya çıxmasının daha inandırıcı olması
haqqında yanlış düşüncə).
Nəyə görə konkret tarixlər işin mahiyyətini
təhrif edə bilər
Klausun 35 yaşı var. O, fəlsəfə fakültəsində oxuyurdu və gimnaziyada üçüncü dünya ölkələrilə məşğul olurdu. Təhsilini başa vurduqdan sonra Qərbi Afrikada Qırmızı Xaç Komitəsinin nəzdində iki il, daha sonra üç il Cenevrədə baş ofisdə işlədi və burada şöbə müdiri vəzifəsinə qədər yüksəldi. Daha sonra o, MBA dərəcəsi aldı və “Cəmiyyətin sahibkarlıq fəaliyyəti” adlı mövzu üzrə diplom işi yazdı. Bunlardan hansı daha düzgündür? a) Klaus böyük bir bankda işləyir; b) Klaus böyük bir bankda işləyir və bu bankın nəzdində yaradılan, üçüncü dünya ölkələrinin müdafiəsi fonduna görə cavabdehlik daşıyır.
Əksər adamlar b variantını seçəcəklər. Təəssüflər olsun ki, bu, düzgün deyildir, yəni B cavabında nəinki Klausun böyük bankda işləməsi, həm də onun əlavə şərtlər yerinə yetirməsi informasiyası da vardır. Bank sektorunda çalışan və eyni zamanda, bu bankda təşkil edilən üçüncü dünya ölkələrinin müdafiəsi fondunda işləyən bir çox adamlar bank sferasında işləyən bütün kateqoriya şəxslərin cüzi bir hissəsidir. Ona görə də a cavabı daha düzgündür. Lakin b variantının üzərinə çox şey götürməsi konyunksiya yanlışlığı ilə izah olunur. Bu məntiqi təhrif olunma Nobel mükafatı laureatı Daniel Kaneman və Amos Tverski tərəfindən tədqiq edilmişdir.
Biz konyunksiya yanlışlığına nəyə görə düçar oluruq? Belə ki, bizdə “uyğun gələn” və “konkret” tarixlərin intuitiv dərk olunması qabiliyyəti mövcuddur. İnkişaf edən ölkələrdə yardım xidmətinin əməkdaşı Klaus nə qədər inandırıcı, təəssüratverici, plastik təsir bağışlayırsa, yanlış düşünmə təhlükəsi o qədər çoxdur.
Məsələn, Klausun 35 yaşı var. Hansının doğru olduğunu müəyyən edin: a) Klaus bankda işləyir; b) Klaus Frankfurtdakı bankın 24-cü mərtəbəsindəki 57 nömrəli ofisdə işləyir. Əgər siz konyunksiya yanlışlığını məndən öyrənməsəydiniz, yenə də səhv seçim edərdiniz.
Daha bir misal. Hansı düzgündür? a) Frankfurt hava limanı bağlıdır. Uçuşlar təxirə salınıb; b) Frankfurt hava limanı uçuşa uyğun olmayan hava şəraitinə görə bağlanıb. Uçuşlar təxirə salınmışdır.
Bu dəfə siz düzgün cavabı yəqinliklə tapacaqsınız: a variantı daha inandırıcıdır, belə ki, b variantında əlavə şərtlər vardır, yəni uçuş üçün pis hava şəraitinin olması. Axı hava limanı partlayış, qəza təhlükəsi, yaxud da tətilə görə bağlana bilərdi. Yalnız bu səbəblər tarixin “konkretliyi” üzündən – ən azından, əgər siz bununla maraqlanmasanız – ağlınıza gəlməyəcəkdir. Bu testi öz dostlarınızla keçirin, görəcəksiniz ki, əksəriyyət b variantını seçir.
Hətta ekspertlər də konyunksiya yanlışlığı buraxırlar. 1982-ci ildə Beynəlxalq Futurologiya konqresində bütün ali təhsilli adamlar, mütəxəssislər 2 qrupa bölündülər. A qrupu Daniel Kanemana 1983-cü ildə baş verə biləcək aşağıdakı məlumatı təqdim etdi: “Neft istehlakı 30% aşağı düşəcək”. O isə bu məlumatı olduğu kimi B qrupuna təqdim etdi: “Neftin qiymətinin dramatik şəkildə qalxması neftin istehlakının 30% ixtisara düşməsinə gətirib çıxaracaq”. İştirakçılar “öz” məlumatlarını onların nə qədər həqiqi hesab etdiklərini göstərməli idilər. Nəticə birmənalı şəkildə belə oldu. B qrupu öz proqnozuna A qrupunda olduğundan dəfələrlə çox inam bəsləmişdi.
Kaneman bu nöqteyi-nəzərdən çıxış edirdi ki, iki növ təfəkkür mövcuddur. Birinci növ intuitiv, avtomatik, bilavasitə təfəkkürdür; ikinci isə şüurlu, rasional, düşünülmüş və məntiqi. Təəssüflər olsun ki, intuitiv təfəkkürün əldə etdiyi nəticə şüurlu düşüncənin analitik fəaliyyətini qabaqlayır. Məsələn, 11 sentyabr 2011-ci ildə Ümumdünya Ticarət Mərkəzinin terror aktı nəticəsində dağıdılmasından sonra məndə dəyişikliklər baş verdi: yol hərəkət qəzaları riskini nəzərə alaraq, sığorta müqaviləsi bağlamaq qərarına gəldim.
Sayıq firmalardan biri konyunksiya yanlışlığından istifadə edir və “terrorizmdən sığortalanma” adlı xüsusi təklif verir. O vaxtlarda digər sığorta kompaniyalarının da bütün mümkün bədbəxt hadisələrdən (terrorizm də daxil olmaqla) müdafiə etməsinə baxmayaraq, mən bu təklifin tələsinə düşdüm. Mənim ağılsızlığımın ən yüksək nöqtəsi bu oldu ki, belə müdafiə hallarını nəzərdə tutan adi turistik sığortadan daha artıq ödəməyə hazır idim.
Nəticə: baş beynin sol və sağ yarımkürələrini unudun. İntuitiv və əqli düşüncə arasında fərq dəfələrlə vacibdir. İntuitiv düşüncədə konkret hadisələrə qarşı zəiflik var. Vacib qərarlar qəbul edərək, çalışın ki, bu zəiflikdən qurtulasınız.