az

Rolf Dobelli

Books

Quotes

osipovamvhas quoted2 years ago
Yüksək fəallıq effektİ

Gözləmə və bekar olma nəyə görə darıxdırıcıdır

Penalti vuran futbolçu topların üçdəbirini qapının mərkəzinə, üçdəbirini sağ küncə, üçdəbirini isə sol küncə yönəldir. Lakin qapıçılar vurulan topların yarısında sol küncə, yarısında isə sağ küncə atılırlar. Zərbələrin üçdəbirinin qapının mərkəzinə yönəlməsinə baxmayaraq, onlar nadir hallarda yerlərində qalırlar. Qapıçılar nəyə görə belə hərəkət edirlər? Çünki yanlış tərəfə atılmaq yerində donub qalmaqdan, topun sağdan və soldan qapıya şığımasını kortəbii izləməkdən daha effektli görünür və qapıçı bundan heç bir ağrı hiss etmir. Buna “yüksək fəallıq” deyilir: yəni nəticə olmasa belə fəallığını göstər.

Bu futbol tədqiqatlarını israilli mütəxəssis Bar Eli aparmışdı. Yüksək fəallıq hissinə təkcə qapıçılar məruz qalmırlar. Gecə klubunun həyəti qarşısında cavanlar bir-birinə çığırır, vəhşi jestlər və hərəkətlər edirlər. Vəziyyət az qala dava-dalaşa gətirib çıxarır. Gənc polislər xidmətdə daha çox təcrübəsi olan peşə yoldaşının müşayiəti zamanı öz yaxalarını geriyə çəkir, vəziyyəti kənardan müşahidə edir və ilk zərər çəkən ortaya çıxan kimi dərhal işə girişirlər. Əgər burada təcrübəli polislər yoxdursa, vəziyyət başqa cür görsənir: gənc, ictimai asayişi qoruyan həvəsli polislər yüksək fəallıq sindromuna məruz qaldıqları üçün dərhal işə qarışırlar. Böyük Britaniyada qeydə alınmış bu tədqiqat göstərir ki, polislərin işə gec qarışması zamanı daha az, polislərin işə dərhal müdaxilə etdikləri hallarda isə daha çox zərərçəkən olur. Yüksək fəallıq o zaman ortaya çıxır ki, vəziyyət ya yenidir, ya da aydın deyil.

Bir çox sərmayəçilərdə də işlər gecə klubunun qarşısına toplaşan təcrübəsiz polislərdə olduğu kimidir. Onlar hələ birjada baş verən fəaliyyəti tam dəyərləndirə bilmirlər və bu sayaq hiperfəallıq göstərirlər. Təbii ki, bu, heç bir nəticə vermir. Uorren Baffet bunu belə formulə edir: “Sərmayə qoyma zamanı fəallıq məhsuldarlıqla üst-üstə düşmür”.

Yüksək fəallıq ən təhsilli adamların çevrələrində də ortaya çıxır. Həkim qarşısındakı xəstənin ağrılarının mənbəyinin məlum olmadığını hiss edir. Seçim qarşısında qalan həkim müalicəyə girişməsini və ya təxirə salmasını, dərman yazmasını, yaxud hələ gözləməsini bilmədən, fəallıq variantını seçir. Şübhəsiz ki, o bunu maddi maraqlarına görə edir və onları məhz yüksək fəallıq hərəkətə gətirir.

İnsanın yüksək fəallığı təkamüllə xarakterizə olunur. Bizim ulu babalarımız olan ovçular və yığıcılar üçün uzun müddət fikirləşməkdənsə, fəallıq son dərəcə vacib idi. Sağ qalmaq üçün ildırım sürətli reaksiya tələb olunurdu. Uzun müddət düşünmə isə ölümə səbəb ola bilərdi. Əgər bizim əcdadlarımız meşənin kənarında qılınc dişli pələngə oxşayan bir canlı görərdilərsə, daş üstündə dərin taksomanik fikirlərə cummuş filosof pozasında çöküb qalmır, dərhal var gücləri ilə qaçmağa başlayırdılar. Biz isə həmin insanların nəslindənik. Əlbəttə ki, müasir dünyada təfəkkür və düşüncə fəaliyyətdən üstünlük təşkil edir. Lakin bu prioritetlərdən istifadə etməyə, onlardan vaxtında yararlanmağa çətinliklə nail oluruq. Əgər siz uzun müddət hərəkətsiz vəziyyətdə firmanın, dövlətin və bəşəriyyətin rifahı üçün tam düzgün qərarlar qəbul edirsinizsə, buna görə siz nə fəxri ad, nə medal, nə də ki, adınızı daşıyan büst əldə edəcəksiniz. Əgər, əksinə, sürətli hərəkətlərlə qətiyyət nümayiş etdirir və vəziyyətin yaxşılaşdırılmasına (təsadüfən olsa belə) nail olursunuzsa, onda sizin mərkəzi meydanda təntənə ilə təbrik etmə, yaxud da ən azından ilin adamı seçilmək kimi yaxşı şanslarınız ortaya çıxacaqdır. Cəmiyyət rasional gözləmədənsə, düşünülməmiş fəallığa və hərəkətliliyə üstünlük verir.

Nəticə: qərarın məqsədə uyğun olub-olmamasından asılı olmayaraq, qeyri-müəyyən hallarda bizi impulsumuz hansısa hərəkətləri etməyə vadar edir. Başqa sözlərlə, biz daha tez-tez və daha cəld hərəkət edirik. Ona görə də əgər vəziyyət aydın deyildirsə, qərarı daha yaxşı qiymətləndirməmiş, heç bir əlavə hərəkət etməyin. Paskal Blez yazırdı: “İnsanların bütün bədbəxtliyi ondadır ki, onlar öz otaqlarında sakit qala bilmirlər”.
osipovamvhas quoted2 years ago
Dİskauntun hİperbolİk səvİyyəsİ
b3085032455has quoted2 years ago
et­­məmişdim (xalq təsərrüfatı fakültəsini bitirib sa­hibkarlıqla məş­ğul olurdum), buna baxmayaraq, iki romanımı nəşr etdirmişdim. Bu isə necə de­yər­lər, bəs edirdi.

Impressions

Tərlan Zeynalovshared an impression2 years ago
🎯Worthwhile

  • unavailable
    Rolf Dobelli
    Məntiqli düşünmə sənəti
    • 5K
    • 479
    • 41
    • 235
    az
  • Nasir Rashidzadeshared an impression2 years ago
    👍Worth reading

  • unavailable
    Rolf Dobelli
    Məntiqli düşünmə sənəti
    • 5K
    • 479
    • 41
    • 235
    az
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)