Koqnİtİv dİssonans
(Fərdin psixi diskomfort vəziyyəti)
Kiçik yalanların köməyilə biz özümüzü
necə sakitləşdiririk
Məntiqi yanlışlıq üçün ən geniş yayılmış bariz misallardan biri Ezopun “Tülkü balası və üzüm” təmsili ola bilər. Ac tülkü yetişmiş gilələri olan üzüm salxımını görüb ağaca çıxmaq istədi, lakin bacarmadı. Kor-peşman çıxıb gedəndə öz-özünə dedi: “Salxımlar hələ yetişməyib!”
İnsanlar da belədir. Bir çoxları qabiliyyətlərinin olmaması ucbatından müvəffəqiyyət əldə etməyəndə şəraiti və vəziyyəti təqsirləndirirlər.
Tülkünün başına gələn bu xoşagəlməz təzadı (dissonans) üç üsulla yüngülləşdirmək olar: a) o, üzüm salxımına başqa üsullarla çıxmağa cəhd edə bilərdi; b) o bunun üçün kifayət qədər qabiliyyətinin olmamasını etiraf edə bilərdi; c) o, işə münasibətinə yenidən baxa bilərdi.
Axırıncı halda söhbət koqnitiv dissonansın (məntiqi ziddiyyətin) həll edilməsindən gedir.
Sadə bir misal çəkək. Tutaq ki, siz özünüzə avtomobil almısınız və tezliklə etdiyiniz seçimdən peşman olursunuz: maşının mühərriki səs eləyir, oturacaqlar rahat deyil və s. Bəs seçiminiz nə olacaq? Siz maşını ona görə qaytarmırsınız ki, bu səriştəsizliyinizin əyani sübutu ola bilərdi. Bundan başqa satıcının özü də maşını satdığı qiymətə geri götürməyəcəkdi. Belə olanda siz özünüzə təlqin edəcəksiniz ki, səs-küylü mühərrik və narahat oturacaqlar sizin sükan arxasında yatmamağınız üçün xüsusi olaraq təyin olunub, deməli, çox etibarlı bir maşın almısınız. Siz yenidən öz seçiminizdən razı qalacaqsınız.