İki qardaş var idi, birisi şah sarayında qulluq edər, o birisi öz zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşına dedi nə üçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan? Qardaşı dedi: «bəs sən nə üçün işləmirsən ki, qulluq fəlakətindən xilas olasan?..»